Close

22:41
18 Aprel 2025

11 nəfərin imtahan nəticəsi ləğv edildi

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 58732 nəfərdən 407 nəfər imtahana gəlməyib.

TNS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, imtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.