Close

22:41
18 Aprel 2025

Şamaxıya gedən yolda hərəkət dayandı - VİDEO

Güclü leysanın ardınca gələn sel Şamaxıda bir sıra fəsadlara yol açıb.

TNS Baku TV-yə istinadla xəbər verir ki, Şamaxı-Padarqışlaq yolundan keçən sel suları avtomobillərin hərəkətinə mane olduğu üçün Dövlət Yol Polisi əməkdaşları müvəqqəti məhdudiyyət tətbiq edərək, yolu bağlayıb.

"4-5 saatdan çoxdur burada qalmışıq. Gözləyirik ki, yolu açsınlar", - deyə sakin bildirib.

Daha sonra əraziyə texnika və canlı qüvvə cəlb edilərək yolun açılması istiqamətində işlər aparılıb.

Daha ətraflı süjetdə: