Close

10:33
19 Aprel 2025

Ödənişli yolu da su basmışdı - VİDEO + YENİLƏNİB

AAYDA-nın yaydığı məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb.

11:15

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadları aradan qaldırır.

TNS bu barədə agentliyə istinadla xəbər verir.

Məlumata görə, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.

Yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü boruların eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhəri istiqamətində hərəkət məhdudlaşıb.

Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.

Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ qərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.