Close

22:41
18 Aprel 2025

Sahibkarlara külli miqdarda ziyan dəyib – Sumqayıtdakı yanğının təfərrüatı - VİDEO

Sumqayıt şəhərində yerləşən məşhur Ticarət Mərkəzində  yanğın baş verib. Şəhərin sülh prospektində yerləşən iri ticarət mərkəzlərindən birində olan hadisə yerli vaxtla səhər 07-30 radələrində başlayıb və tez bir zamanda mərkəzin böyük bir hissəsini bürüyüb.

TNS xəbər verir ki, əraziyə dərhal Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin maşınları və  canlı qüvvəsi cəlb olunub.

Yanğının daha da yayılmasının qarşısını almaq üçün intensiv işlər görülüb. Yanğının söndürülməsi ilə əlaqədar olaraq, şəhərin bəzi yolları Polis əməkdaşları tərəfindən müvəqqəti olaraq bağlanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Məlumata görə, yanğın nəticəsində sahibkara külli miqdarda ziyan dəyib. 

Daha ətraflı videoda: