Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlandı
109
21:30 - 16 Aprel 2025
Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.
TNS “Report”a istinadla xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.
Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.
Problem səhər saatlarından davam edir.