Close

22:41
18 Aprel 2025

Sabunçuda tuneldən suyun çəkilməsi işləri yekunlaşıb

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

Nazirlikdən TNS-ə verilən məlumata görə hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.