Sədr təyin olunan Zəka Mirzəyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri təyin edilib.
TNS Zəka Mirzəyevin dosyesini təqdim edir:
Z. Mirzəyev 1978-ci ildə anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universiteninin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayıb. 2003-2004-cü illərdə hərbi xidmət keçdikdən sonra, 2005-ci ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub.
2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2020-ci ildən 2025-ci il aprel ayının 16-na qədər Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.
İngilis və rus dillərini bilir.