Close

22:41
18 Aprel 2025

"Bağırov" tunelindəki məhdudiyyət aradan qaldırıldı

Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsündə tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, sözügedən tuneldə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.