28 yaşlı qadın özünü bıçaqladı
22
11:28 - 16 Aprel 2025

Tərtərdə 28 yaşlı qadın özünü öldürməyə cəhd edib.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Kəbirli kəndində baş verib.
Kənd sakini 1997-ci il təvəllüdlü Əliyeva Nuranə qarın nahiyəsindən intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. Yaxınları N. Əliyevanı xəstəxanaya çatdırıb. Ona ilkin yardım göstərilib, sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma başlanıb.