Close

19:40
17 Aprel 2025

Əhaliyə şad xəbər - Tarix uzaldıldı

Ölkə ərazisində yaranan soyuq hava şəraiti ilə əlaqədar olaraq, “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxana və istilik məntəqələri fəaliyyətlərini daha bir neçə gün davam etdirəcək.

Bu barədə “Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı TNS-ə bildirib.

Xatırladaq ki, qurum istilik təchizatını hər il aprelin 15-də başa çatdırır.

Ehtiyac yarandığı hallarda, istilk mövsümü uzadılır. Bu cür vəziyyət 2020-ci ilin yazında da baş verib.

Qurumun qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı), qanunvericiliyə əsasən, mövsüm mayın 1-dək davam etdir.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin balansında 564 qazanxana, 3871 yaşayış binası, 184 min 500-dən çox mənzil var. Eləcə də 449 təhsil müəssisəsi, 152 səhiyyə müəssisəsi, 2200-dən çox təsərrüfat və sosial obyektlər “Azəristiliktəchizat” tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin edilir.