Ona yeni vəzifə verildi - FOTO
196
11:00 - 15 Aprel 2025

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.
Bu barədə TNS-ə qurumdan məlumat verilib.
Bildirilib ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.
F. Hüseynov “Azərpoçt” MMC-də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində və digər qurumlarda çalışıb. ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.
Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.