Yüzlərlə əkiz, onlarla üçəm..
8
10:43 - 15 Aprel 2025

Ötən üç ay ərzində doğulan körpələrdən 570-i əkiz, 33-ü üçəm doğulub.
TNS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Eyni zamanda, qeyd olunub ki, yanvar-mart ayları ərzində doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olub.