Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?
10
21:49 - 13 Aprel 2025

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahanda 51 237 şagirdin iştirakı gözlənilirdi.
TNS xəbər verir ki, aprelin 14-dən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.