Close

Qayınata və baldız birləşib gəlini ilə qızı döydülər

"11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

TNS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib.

Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Söyüdlü kəndində baş verib. İlkin məlumata görə, İ.Mürsəlova və qızı qayınata və baldızı tərəfindən döyülüb.