Close

12:31
18 Aprel 2025

Olimpiada suallarında səhvlər var? - RƏSMİ CAVAB

Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində dörd sualda kiçik texniki səhv olub.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutundan məlumat verilib.

"Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır. Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub", məlumatda bildirilib.

Qeyd edək ki, mediada Respublika Fənn Olimpiadalarının 23 fevralda yuxarı yaş qrupları üçün keçirilən yarımfinalında riyaziyyat üzrə verilmiş 30 sualdan 9-unun səhv olduğunu iddia edən xəbərlər yayılıb.