Close

12:31
18 Aprel 2025

Repetitor hazırlığına getmədən 300 bal topladı

Şəki şəhər kimya-biologiya təmayüllü liseyin 11c sinif şagirdi İsmayılov Məhəmməd Bahadır oğlu DİM- in 02.03.25 - ci il tarixində keçirdiyi Buraxılış imtahanlarında maksimum nəticəni göstərərək 300 bal toplayıb. 

TNS "Unikal"a istinadla xəbər verir ki, Məhəmməd heç bir fəndən xüsusi olaraq hazırlığa (repetitor hazırlığına) getməyib.

Məhəmməd eyni zamanda 2025-ci ildə kimya fənnindən RFO-nun final mərhələsində iştirak hüququ qazanıb.