Sos! Çağırış! Xəbərdarlıq! - Yazışmayın, təhlükə var!

Sos! Çağırış! Xəbərdarlıq! Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin — danışmayın, yazışmayın, bloklayın.
TNS xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşıb.
O bildirib ki, bu gün Tərtər sakinini də eyni üsulla - “bank kartınıza müdaxilə var, hesabınızda olan vəsaitin qorunması üçün tələb olunan qaydalara uyğun göndərilən kodu təsdiqləyin, zəhmət olmasa…” - aldadılıb:
"Gürcüstan nömrəsi ilə danışıq aparan naməlum şəxsin bütün dediklərini həyata keçirən zərərçəkmiş heç bir etiraz etmədən 15.580 manat pulun onlayn oğurlanmasına “köməyini” əsirgəməyib. Bir daha hər kəsdən xahiş edirik, tövsiyə edirik, bank, hansısa başqa təşkilat, mobil telefon operatorları adından — fərqi yoxdur, KİM OLURSA OLSUN Sizdən göndərilən kodu təsdiqləməyi, əlavə başqa məlumatları istəyirsə verməyin, bloklayın, əmin olun ki, yalandır".