Sabah yollarda görünüş məsafəsi məhdudlaşdırılacaq
9
19:03 - 10 Aprel 2025

Sabah yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşdırılacaq.
Bu barədə TNS-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, aprelin 11-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşdırılacağı gözlənilir.