Close

11:40
18 Aprel 2025

Bu il istilik mövsümü uzadılacaq?

Ölkədə payız-qış mövsümünün başa çatmasına cəmi 5 gün qalır. Aprel ayının 10-u olsa da, havanın temperaturu aşağıdır. 

Temperatur bu şəkildə davam edərsə, “Azəristiliktəchizat" payız-qış mövsümünü aprelin 15-dən sonra uzada bilərmi?

Qurumun mətbuat katibi Elvin Basqallı TNS-ə bildirib ki, istilik mövsümünün başlanması və bitməsi istilik enerjisindən istifadə qaydalarında əks olunub: “İstilik enerjisindən istifadə qaydalarına görə, aprelin 15-də istilik mövsümü yekunlaşacaq”.

Xatırladaq ki, 2020-ci ildə havaların soyuq olması səbəbilə istilik mövsümü uzadılmışdı. 

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin balansında 564 qazanxana, 3871 yaşayış binası, 184 min 500-dən çox mənzil var. Eləcə də 449 təhsil müəssisəsi, 152 səhiyyə müəssisəsi, 2200-dən çox təsərrüfat və sosial obyektlər “Azəristiliktəchizat” tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin edilir.

Aygün