Bu ərazilər üzrə pensiyalar ödəniləcək
237
09:38 - 10 Aprel 2025

Bu gündən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənləcək.
TNS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat verib.
Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay hər zamankı qrafik üzrə ödəniləcək.