Close

Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva aprelin 8-də Qəbələdə “Gənc arıçı” layihəsinin iki iştirakçısının evini ziyarət ediblər.

IDEA İctimai Birliyindən TNS-ə verilən məlumata görə, Leyla Əliyeva görüşdə gənc arıçı ailələri ilə səmimi söhbət edib, fəaliyyətləri ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.

Öz növbəsində, layihə iştirakçıları Zəlikə Məmmədova və Rəfiqə Maxsudova, eləcə də onların ailə üzvləri göstərdiyi diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, süzdükləri təbii balı layihənin xüsusi qablaşdırmasında hədiyyə ediblər.

Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının yaradılmasında dəstək göstərilib.

Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən gənclərə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.

Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.

67f6ac12b94d167f6ac12b94d2174421915467f6ac12b94cf67f6ac12b94d0

67f6ac12c520c67f6ac12c520d174421915467f6ac12c520967f6ac12c520b

67f6ac12cfe3667f6ac12cfe37174421915467f6ac12cfe3367f6ac12cfe34

67f6ac12ac76e67f6ac12ac76f174421915467f6ac12ac76c67f6ac12ac76d

67f6ac12bf3fa67f6ac12bf3fb174421915467f6ac12bf3f767f6ac12bf3f9