Close

19:40
17 Aprel 2025

Sevgidə bürclərin üslubu: Kim necə sevir?

Sevgi hər kəs üçün fərqli yaşanır – kimisi üçün ehtiras dolu bir alov, kimisi üçün isə sakit və qoruyucu bir limandır. Bəs görəsən, bürclər bu sevgini necə formalaşdırır?

TNS xəbər verir ki, bəziləri romantikanı bir sənət əsəri kimi yaşayır, bəziləri isə hisslərini sözlə deyil, davranışları ilə ifadə edir. Gəlin, bürclərin sevgi tərzinə birlikdə nəzər salaq.

Qoç – eşqdə lider ruh

Qoç bürcü sevəndə dərhal hərəkətə keçir. Onlar təşəbbüskar, cəsur və ehtiraslıdır. Sevdiklərini qorumaq və mübarizə aparmaq onların təbiətində var.

Buğa – dəyişməz və sədaqətli

Buğa sevgidə sabitlik və etibar axtarır. Onun sevgisi yavaş başlayır, amma bir ömürlük davam edə bilər. Romantik jestləri və toxunuşları ilə sevgini göstərir.

Əkizlər – sevgi ilə söhbət edənlər

Əkizlər üçün sevgi – öncə beyində başlayır. Onlar sevdikləri ilə maraqlı dialoqlar, gülüş və macəra istəyirlər. Rutindən tez darıxa bilərlər, daim yenilik axtarırlar.

Xərçəng – qəlbi ilə sevən

Duyğularla yaşayan Xərçəng, aşiq olduqda tam bir qoruyucu mələyə çevrilir. Onun üçün yaxınlıq, birlikdə keçən anlar və hisslər əsasdır.

Şir – qürurlu və qürurverici sevgi

Şir bürcü aşiq olduqda səhnənin parlayan ulduzuna çevrilir. Sevgidə şöhrət, ehtiras və özünü tam ifadə etmək istəyir. Qürurla sevir və qarşısındakının da ona heyran olmasını gözləyir.

Qız – səssiz amma dərin sevgi

Qızlar sevəndə bunu böyük sözlərlə yox, kiçik diqqətlərlə göstərir. Onların sevgisi düşünülmüş və praktikdir. "Qızlar" sevdiklərini qoruyar, yol göstərər və hər an yanında olar.

Tərəzi – romantikanın ustası

Tərəzi bürcü sevgi üçün doğulub desək, yanılmarıq. Onlar münasibətdə balans, harmoniya və estetik axtarırlar. Gözəl görüşlər, zərif hədiyyələr və səmimi baxışlar onların dilidir.

Əqrəb – ehtiraslı və sirli

Əqrəbin sevgisi dərin, güclü və bəzən qorxuducu ola bilər. Onlar ya tam sevər, ya da heç. Onların aşiq olması, həyatlarının ən güclü dönəmi ola bilər — həm özü, həm də qarşı tərəf üçün.

Oxatan – azad sevgilər

Oxatanlar sevgidə azadlıq axtarır. Onlar aşiq ola bilər, amma boğulmağı sevməzlər. Sərhədsiz sevgilər, macəra dolu münasibətlər və açıq ünsiyyət — onların idealıdır.

Oğlaq – ciddi və gələcək yönümlü

Oğlaq aşiq olanda gələcəyi düşünür. Onlar münasibətə ciddiyyətlə yanaşır və davamlılıq axtarırlar. Duyğularını dərhal göstərməsələr də, sədaqətləri yüksəkdir.

Dolça – xərqli və sərbəst

Dolça sevgini standartlara sığdırmaz. Onlar unikal və maraqlı münasibətlər qurmaq istəyirlər. Ənənəvi romantikalar onları sıxa bilər, amma dərin bağlanmaları mümkündür.

Balıq – xəyalpərəst aşiqlər

Balıq bürcü sevəndə bir nağıl başlayır. Onların romantikası filmlərə bənzəyir. "Balıqlar" özlərini tamamilə qarşı tərəfə həsr edə bilərlər və sevgi onların nəfəsi kimi olur.

Zarufa