Close

19:40
17 Aprel 2025

Əfv gözləyənlərə xəbər var

Xəbər verdiyimiz kimi, bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcidin TNS-ə verdiyi xəbərə görə, bu gün komissiyanın 5-ci iclası baş tutub.

İclasda 100-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, əfv Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Azərbaycan Prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddətini azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.

Azadə Yolçu