Yağış da yağır, qar da...
38
10:24 - 09 Aprel 2025

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
TNS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.
Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.