Temperaturu 1500 dərəcə olan torpaq kütləsi ətrafa yayılacaq – Zəlzələdən daha qorxuludur

Son 2 həftədə dünyada güclü zələlələr qeydə alınır. Martın 28-də Myanmada 8,2 ballıq zəlzələ olub, xeyli tələfat və dağıntı var. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub. Daha sonra Bankoqda güclü təkanlar qeydə alınıb. Ölkməzidə və qonşu dövlətlərdə də demək olar, hər gün zəlzələ baş verir.
Bunlar nədən xəbər verir? Dünya narahat olmalıdırmı?
Coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev TNS-in bu barədə suallarını cavablandırarkən bildirib ki, Sakit okeanda iki seysmoaktiv zona var. Həmin ərazilər dünyada seysmoloji cəhətdən ən aktiv zonalardan ikisidir: “Harada litosfer tavası bir-birini sıxır, zələlələr baş verir. Myanmadakı zəlzələ də bunlardan biridir. Həmin ərazilərdə yaşayanlar zələlələrə öyrəşməlidirlər. Binaları buna uyğun tikilməlidirlər.
Zəlzələdən heç kim sığortalanmayıb. Amma qorxmağa qətiyyən ehtiyac yoxdur.
Bir daha vurğulayıram: tikinti sahəsinə ciddi diqqət yetirilməlidir ki, binalar heç olmasa, orta maqnitudada zəlzələ olanda zərər görməsin, dağılmasın.
Bizdə il ərzində zəif – 3 baldan aşağı yüzlərlə, minlərlə zəlzələ olur. Əslində onlar zəlzələdeyil, sadə titrəyişlərdir. Bəzən də belə olur - əvvəlcə foreşok deyilən 4-5 ballıq zəlzələ, sonra güclü təkanlar, ardınca az ballıq avterşoklar qeydə alınır.
Yəni, litosfer tavaları harada bir-birini sıxırsa, orada zəlzələ olur. Amma zəlzələdən qorxmaq lazım deyil, sadəcə tikintinin keyfiyyətinə baxmaq lazımdır”.
Mütəxəssis Yer kürəsini gözələyən təhdidin zəlzələ yox, lava olduğunu diqqətə çatdırıb: “Biz əvvəl düşünürdük ki, vaxtilə planetə nəhəng astroidlər düşüb. Uzun müddət Yer kürəsi qaranlığa qərq olunub. Nəticədə canlılar məhv olub.
Hazırda dünyanın narahat olmalı olduğu problem lava təhdidir. Yer qabığının sınması nəticəsində külli miqdarda lava artıq səthdən üst qata gəlib. Nəticədə yerin temperaturu 5-6 dərəcə artıb.
Əgər temperaturu 1500 dərəcəyədək olan qızmış torpaq kütləsi torpağın üstünə çıxsa, bu, faciə olacaq. Planetdə kəskin şəkildə istilər olacaq, canlı aləmin məhvi baş verəcək”.