Fəhlə özünü bağçanın qazanxanasında asdı
16
14:57 - 08 Aprel 2025

Bakıda intihar hadisəsi baş verib.
TNS Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.
Orada işləyən fəhlə, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev bağçanın qazanxanasında özünü asıb. Onun asılmış meyitini bağçanın kollektivi aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.