Aprel ayının pensiyaları nə vaxt veriləcək?

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar qrafikdən əvvəl - mart ayının 7-də ödənilib.
Bəs, bu ay pensiyalar aprelin 10-dək ödəniləcəkmi?
Dövlət Sosial Müdafiə Fondundan TNS-ə bildirilib ki, bu barədə əlavə məlumat paylaşılacaq.
Qeyd edək ki, ötən ay respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdan gələn bayramlarla əlaqədar olaraq qrafikdən əvvəl ödənilib.