Gecələr sayğacları oğurlayıb sənədsiz evlərin sahiblərinə satırmışlar

Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb.
TNS xəbər verir ki, 53 nəfər zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər.
Xəzər RPİ-nin keçirdiyi tədbirlə cinayət törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.