Close

Əlilliyi olan şəxslərə avtomobil verilməyəcək?

“İmtiyazlı kateqoriyadan olan şəxslərin minik avtomobilinə tibbi göstərişi olduqda və növbəyə götürüldükdə onların avtomobillə təminatı prosesi davam etdiriləcək”.

Bu barədə TNS-in sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər minik avtomobilinə tibbi göstəriş olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunurlar: “Bu kateqoriyalardan olan imtiyazlı şəxslərə postmüharibə dövründə 567, ötən dövrdə, ümumilikdə, 7,7 min avtomobil verilib. 2024-cü ildə də onların avtomobillə təminatı davam etdirilib və növbədə olan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatdırılıb”.


Aygün