Sabiq deputatın oğluna yeni vəzifə verilir
108
11:34 - 07 Aprel 2025

Sabiq deputat Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin ediləcək.
TNS APA-ya istinadla xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihəyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.
Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb. Onun 5 illik səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən eyni vəzifəyə təyin edilməyib.