Bəzi yerlərdə külək əsir, yağış yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdən TNS-ə verilən xəbərə görə, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb.
Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında eləcə də, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.