Bu avtomobillər təhlükəlidir- Yolda alovlana bilərlər
252
15:02 - 04 Aprel 2025

Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan Ford yanacaq injektorunda yaranan problemə görə 33 min avtomobilini təcili olaraq geri çağırıb.
TNS xəbər verir ki, Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) 2020-2022 Ford Escape və 2021-2023 Ford Bronco Sport modellərinin mühərrik ətrafındakı qazın alışmasına səbəb ola biləcək yanacaq injektorunun çatladığını açıqlayıb.
Şirkət avtomobillərin yolda hərəkət edərkən alov ala biləcəyi barədə xəbərdarlıq edib.
Sürücülərə aprelin 24-də poçtla xəbərdarlıq məktubunun göndəriləcəyi bildirilib.