Close

"Mədəniyyət" qəzeti bağlandı

"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.

Bu barədə TNS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcəkQeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.