Close

14:00
10 Aprel 2025

Azərbaycanda bu qurumlar ləğv edildi

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

TNS xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamında Nazirliyin tərkibindəki bir sıra institutların birləşdirilməsi nəzərdə tutulub.

Sərəncama əsasən, Nazirliyin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib.