Close

14:00
10 Aprel 2025

Bəzi ərazilərdə içməli su olmayacaq

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

TNS xəbər verir ki, Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani küçəsi, Babək, Əlincə məhəllələri, Qaraxanbəyli, Qaraçuq və Bulqan kəndləri, Səməd Vurğun, Həsən Rəhmanov və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar aprelin 4-ü saat 14:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq.

Qeyd edilib ki, işlərin bu gün ərzində yekunlaşdırılması planlaşdırılır.