Avtoqəza bu əraziləri qazsız qoyub
48
11:27 - 04 Aprel 2025

Abşeron rayonu, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə TNS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qəsəbədə ötən gün avtoqəza nəticəsində qaz xətti yararsız hala düşüb. Bu səbəbdən aprelin 3-də saat 23:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Hazırda təmir-bərpa işləri aparılır.