Bu ərazilərdə qaz kəsildi
53
14:50 - 01 Aprel 2025

Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 aprel saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.
TNS xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.
"Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb",- deyə əlavə edilib.