Agentlik QHT rəhbərlərini görüşə çağırdı
9
14:21 - 01 Aprel 2025

Aprelin 3-ü saat 14:00-da Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçiriləcək.
TNS xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının və aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin iştirakı nəzərdə tutulur.
Məlumatda o da vurğulanıb ki, görüşdə yalnız qrant müsabiqələrinin qalibi olan qeyri-hökumət təşkilatlarının hər birindən bir nəfər – rəhbər şəxs iştirak edə bilər.