Avtomobili qəza yerindən uzaqlaşdırmaq qayda pozuntusu hesab edilir? - VİDEO
8
10:18 - 31 Mart 2025

Kiçik avtoqəzalarda sürücülər nəqliyyat vasitəsini hadisə yerində saxlayaraq, sığorta şirkətinin nümayəndəsinin gəlməsini gözləyirlər.
TNS Xəzər TV-yə istinadla məlumat verir ki, bu isə nəqliyyatın rahat hərəkətinə problem yaradır.
Sığorta eksperti Vüsal Bədəlov bildirib ki, qəza baş verdikdən sonra hadisə yerindən avtomobili uzaqlaşdırmaq qayda pozuntusu hesab edilmir.
Həmçinin vətəndaşın hadisə anını görüntüyə alması sübut sayılır.
Ətraflı süjetdə: