İlon Mask elan etdi - “Starlink” indi Azərbaycandadır”
17
13:59 - 29 Mart 2025

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin qurucusu İlon Mask “Starlink” peyk internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı paylaşım edib.
TNS xəbər verir ki, Mask “Starlink”in qlobal peyk rabitə sisteminin xidmətlərinin Azərbaycanda aktivləşdiyini təsdiqləyib.
“Starlink indi Azərbaycandadır”, – İlon Mask bildirib.