Vətən müharibəsi qazisi vəfat etdi - FOTO
13
10:38 - 29 Mart 2025

Qəbələdə Vətən müharibəsi qazisi vəfat edib.
TNS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, rayonun Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Nurlan Gündüz oğlu Qasımov uzun sürən xəstəlik səbəbindən vəfat edib.
Xatırladaq ki, Nurlan Qasımov nadir rast gəlinən və dünyada cəmi 1 faiz insanda aşkarlanan reqneqramozoit infeksiyasına yoluxmuşdu.
Onun səhhəti ötən ilin sentyabrın 24-də qəfil pisləşib. Şiddətli öskürəkdən sonra xəstəxanaya yerləşdirilib. Lakin bir müddət sonra vəziyyəti daha da ağırlaşıb.