Close

Azərbaycanda professor vəfat etdi - FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Tamfira Əliyeva vəfat edib.

TNS xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd edək ki, T.Əliyeva 1968-1974-cü illərdə ATU-nun Müalicə profilaktikası fakültəsində təhsil alıb.

O, 2011-ci ildən Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasıyasının sədri idi.

Xatırladaq ki, T.Əliyeva görkəmli dövlət və elm xadimi Əziz Əliyevin nəvəsidir.

os3D2a6iPnYZ6IL2Eyea5YA6HqVskfFaCyRdLc2c_640