Close

Zibil poliqonu, yoxsa insanlar üçün yaşayış məskəni? - FOTO

Mart ayında bayram-bayrama qarışdı. Nəticədə 12 günlük tətildəyik. Hazırda davam edən tətilin yaxşı tərəfləri ilə yanaşı, ortaya çıxan bəzi mənzərələrdən sonra “12 günlük tətil lazımdırmı?” sualına birmənalı cavab vermək çətinləşir.

Novruzun ən gözəl tərəflərindən biri də bayramdan hələ xeyli əvvəl həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqəyə salınmasıdır. İki gün sonra qeyd edəcəyimiz dini bayram sayılan Ramazan da bizdən daxili və xarici təmizliyi istəyir. “Təmizlik imandan gəlir” kəlməsi təsadüfi yaranmayıb və yalnız daxilimizin təmizliyi ilə bağlı deyil.

Bəs, biz insanlar buna əməl edirikmi?

Mehdiabad qəsəbəsində artıq uzun illərdir ki, məcburi köçkünlər üçün Gənclər şəhərciyi adlanan yaşayış kompleksi salınıb. Minlərlə insanın yaşadığı bu binaların yaxınlığında xeyli boş sahə, həyət evi var. Həmin boş ərazi ora atılan tullantıların, sellefon torbaların pilqonuna çevrilib. Üstəlik davam edən tətil günləri bu mənzərəni daha da ağırlaşdırıb. Şəhərciyin tullantıların atılması üçün nəzərdə tutulan ərazisində günlərdir, daşınmayan zibillər qalaq-qalaq yığılıb. Ətrafa atılan zibil dolu sellefonlar dağılıb və geniş bir ərazi zibil poliqonuna çevrilib. Uzun sözün qısası, sanki buradakı mənzərə heç kimi narahat etmir. Ərazinin təmizliyinə cavabdeh olanlar “tətil edir”. Vaxtilə gözəl mənzərəli yurd-yuvasından didərgin düşən, hazırda isə çoxu artıq yaşlı insana çevrilən məcburi köçkünlər isə tətillərini bu gözəl “mənzərəyə” baxa –baxa keçirir.

Ərazidən çəkdiyimiz fotoları təqdim edirik:

WhatsApp_Image_2025-03-28_at_00-16-05_1

WhatsApp_Image_2025-03-28_at_00-16-10

WhatsApp_Image_2025-03-28_at_00-56-11

WhatsApp_Image_2025-03-28_at_00-16-09

WhatsApp_Image_2025-03-28_at_00-16-08

WhatsApp_Image_2025-03-28_at_00-16-07

Aygün