Close

19:40
30 Mart 2025

Bakıda bu dairə ləğv edilir: məşhur restoran söküləcək

Bakının Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairə ləğv edilir.

TNS “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, dairənin yerində avtomobil tuneli inşa olunur.

Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.

Bundan sonra ərazidə tunelin tikintisinə mane olan “Şəki” restoranı və ona bitişik digər tikililər söküləcək.

Daha ətraflı videomaterialda: