Orenburqdan Bakıya birbaşa reys açılacaq
8
13:27 - 27 Mart 2025

Rusiyanın “İrAero” aviaşirkəti aprelin 20-də Orenburq hava limanından Bakı-Orenburq-Bakı marşrutu üzrə reysləri yerinə yetirməyə başlayacaq.
TNS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, Azərbaycan paytaxtına birbaşa reyslər bazar günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.
Bakıdan yola düşmə saat 08:00-da, Orenburqa gəliş 11:30-da, Orenburqdan uçuş 12:30-da, Bakıya gəliş 14:00-da olacaq. Hər şəhər üçün yerli vaxt göstərilib. Uçuş müddəti təxminən 2,5 saat təşkil edəcək.