Bakıda sahibsiz itlər insanları dişlədi - VİDEO

Bakının Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yaşayan sakinlər sahibsiz itlərin onların həyatı üçün təhlükə yaratdığından şikayətlənirlər.
TNS xəbər verir ki, bu barədə Xəzər TV-də süjet yayımlanıb.
Bildirilib ki, gecələr itlərin səsindən yatmaq mümkün deyil, gündüzlər isə küçəyə çıxmaq olmur.
Sahibsiz itlər sakinlərdən birini əlindən, digərini isə ayağından dişləyib.
Sakinlərin sözlərinə görə, it məhəllədə yaşayan bir evsizindir. Dəfələrlə itlə bağlı problemi ona desələr də, nəticəsi olmayıb.
Binada yaşayanlar mövcud durumla bağlı dəfələrlə aidyyəti üzrə müraciət ediblər, lakin vəziyyət dəyişməyib.
Ətraflı süjetdə: