Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
80
19:00 - 26 Mart 2025

Azərbaycanın rayonlarında martın 27-si gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
TNS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.