Bir adama iki məzarda başdaşı qoyuldu - VİDEO

Mingəçevirdə vəfat edən bir insana eyni qəbiristanlıqda iki fərqli yerdə başdaşı qoyulub.
TNS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, hadisə Mingəçevir kənd qəbiristanlığında baş verib.
Qeyd olunub ki, qəbiristanlıqda dəfn olunan Cavad Yəhya oğlu Qurbanzadəyə həm ailəsi, həm də dostları tərəfindən fərqli yerlərdə başdaşı qoyulub.
"Dəfndə özüm də iştirak etmişəm. Cavad qardaşının yanında dəfn olunub və ailəsi adından ona başdaşı qoyulub. Sonra isə bir qədər aralıda Cavadın şəkli olan daha bir başdaşı qoyulub. Orada isə başdaşının dostları tərəfindən qoyulduğu yazılıb", - deyə hadisə şahidi bildirib.