Bir gündə 14 nəfər tapıldı
5
11:00 - 25 Mart 2025

Ötən gün itkin düşmüş 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.