Close

23:54
27 Mart 2025
23:21
27 Mart 2025

Baliyə getmək istəyən turistlərin nəzərinə, bundan sonra...

Bali hakimiyyəti turistlər üçün yeni qaydalar tətbiq etməyə başlayıb.

TNS xəbər verir ki, bu barədə “Antara” məlumat yayıb.

Bildirilib ki, bundan sonra əcnəbilərdən İndoneziya mədəniyyətinə və adət-ənənələrinə hörmət göstərmələri, dini yerləri və ictimai yerləri ziyarət edərkən geyimdə diqqətli olmaq tələb ediləcək.

Turistlər artıq lisenziyalı bələdçilərin xidmətlərindən və valyuta əməliyyatları aparmaq üçün rəsmi valyutadəyişmə məntəqələrindən istifadə etməli olacaqlar. Turistlər ödənişlər edərkən yalnız yerli valyutadan istifadə etməli olacaqlar. Onlar əyalətdə qaldıqları müddətdə 150 ​​min İndoneziya rupisi (təxminən 10 dollar) məbləğində rüsum ödəməli olacaqlar.